RU

Elxan Bəşirovun rəhbərlik etdiyi şirkətə məxsus zavod cərimələnir

“Mətanət-A” şirkətinə məxsus Ağdağ Gips Zavodu (“Avanqard N” MMC) ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 233.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə görə, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Ağdağ Gips Zavodu ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İşə 11 oktyabr tarixində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, təbiəti çirkləndirən Ağdağ Gips Zavodu “Mətanət-A” şirkətinə məxsusdur. Şirkətin daxilində 5 zavod fəaliyyət göstərir. Şirkətin rəhbəri Elxan Bəşirovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Избранный
40
1
tribunainfo.az

2Источники