RU

Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək


Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası Prezident Salome Zurabişvilinin hökumətlə razılaşdırılmamış xarici səfərlərinə görə ona qarşı impiçment prosedurunu bərpa edəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bizim konstitusiyamız gürcü xalqının iradəsinin xüsusilə əks olunduğu əsas aktdır. Buna görə də, onun qəsdən, açıq və kobud şəkildə pozulması cavabsız qala bilməz. Buna əsaslanaraq, parlament çoxluğu prezidentin impiçment proseduruna yenidən başlamaq və parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifinin hazırlamaq barədə qərar qəbul edib”, - Papuaşvili brifinqdə bildirib.
Parlament sədrinin sözlərinə görə, 2023-cü ilin sonunda Konstitusiya Məhkəməsi Zurabişvilinin əsas qanunu pozduğunu tanıdıqdan sonra prezident hökumətin razılığı olmadan yeni xarici səfərlər edərək “konstitusiyanı kobud şəkildə pozmaqda” davam edir. Ötən həftə Zurabişvili Fransa, Almaniya, Polşa və Belçikaya səfər edib.
Papuaşvili deyir ki, Konstitusiya Məhkəməsi konstitusiya pozuntusunu təsdiqlədikdən sonra oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra tərkibi yenilənəcək parlament prezidentin vəzifədən kənarlaşdırılmasına səs verəcək. İmpiçment üçün 150 deputatdan 100-nün səsi lazım olacaq.
Zurabişvilinin səlahiyyət müddəti bu il başa çatır. Ona görə də, onun prezidentlik müddəti maksimum bir ay qısaldılacaq.
Papuaşvilinin sözlərinə görə, bu, kifayət qədər simvolik xarakter daşıyacaq, lakin hüquqi və siyasi baxımdan fundamentallıq əks etdirəcək.
Qeyd edək ki, ötən il Zurabişvili hökumət başçısının razılığı olmadan bir neçə xarici səfər edib. Konstitusiya Gürcüstan prezidentinə xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız hökumətin razılığı ilə həyata keçirməyə icazə verir. Bununla bağlı hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası prezidentin impiçmenti məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi Zurabişvilinin vəzifəsindən kənarlaşdırılması təklifini dəstəkləyib, lakin hakim partiya impiçment elan etmək üçün parlamentdə kifayət qədər səsə malik olmayıb.
Избранный
15
1
yeniavaz.com

2Источники