RU

Havaya qalxan təyyarə geri qayıtdı - SƏBƏB

Avstraliyanın Adelaida şəhərindən İndoneziyanın Bali adasına sərnişin daşıyan Jetstar Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan təxminən 2 saat 40 dəqiqə sonra gəldiyi hava limanına qayıdıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, buna səbəb təyyarədəki sanitar qovşağın işləməməsi olub.
 
Belə ki, JQ125 reysi ilə Adelaide-Denpasar arasında uçan təyyarə səhər saat 07.00-da havaya qalxaraq saat 09.40-da Adelaide hava limanına dönərək yerə enib. Jetstar rəsmilərinin verdiyi açıqlamaya görə, uçuş zamanı təyyarədəki sanitar qovşaqların işləmədiyi müəyyən edilib. Stüardessaların bu problemi aradan qaldıra bilməməsindən sonra geri qayıtma qərarı verilib.
 
Adelaidaya qayıdan sərnişinlər saat 11:00-da yeni təyyarə ilə Balidəki Denpasar hava limanına yola düşüblər.
 
Qeyd edək ki, Adelaide-Denpasar reysi orta hesabla 5 saat 20 dəqiqə çəkir.
 
Oksana
Избранный
4
1
azxeber.com

2Источники