RU

İsrail İranın nüvə infrastrukturuna zərbə endirə bilər

İsrailin müdafiə naziri Yoav Qalant İranın nüvə infrastrukturuna zərbə endirmə ehtimalını istisna etməyib.

O, “bütün variantlar müzakirə olunur” deyib. “Biz sübut etdik ki, İsrail yaxın və uzaq məsafədən hədəfləri vurmaq qabiliyyətinə malikdir. İranın hücumuna buna uyğun cavab verəcəyik”.

CNN-in qeyd etdiyi kimi, ABŞ İranın nüvə infrastrukturuna hücumlara qarşı olduğunu açıq şəkildə bəyan edib. Qalant qeyd edib ki, İsrail Vaşinqtonla koordinasiya edir, lakin İranın hücumuna necə cavab veriləcəyi ilə bağlı qərarları müstəqil şəkildə verəcək. Müdafiə naziri həmçinin bildirib ki, İsrailin “Hizbullah”a qarşı quru əməliyyatı məhdud olaraq qalır.

Избранный
24
1
veteninfo.az

2Источники