Rusiyanın “Ural Hava Yolları” şirkəti oktyabrın 28-dən Soçidən Bakıya birbaşa üçüşlara başlamağı planlaşdırır.
Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Soçidən bazar ertəsi və cümə axşamı, Bakıdan isə reyslər çərşənbə axşamı və cümə günləri baş tutacaq.
Məlumata görə, uçuş vaxtı təxminən 2 saat olacaq.
Hazırda aviaşirkət Yekaterinburqdan və Moskva yaxınlığındakı Jukovski şəhərindən Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.
Soçi Hava Limanının cədvəlinə əsasən, oktyabr ayında “Azimut” və “Azərbaycan Hava Yolları” (AZAL) da bu marşrut üzrə uçuşlar həyata keçirəcək.