RU

Komanda Çempionlar Liqasından qovuldu

Hindistan təmsilçisi “Mohun Baqan” Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Msport.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Buna “Mohun Baqan”ın Çempionlar Liqasının II turunun “Traktor”la oyun üçün Təbrizə gəlməməsi səbəb olub.

Sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.

Qeyd edək ki, “Mohun Baqan” altıqat Hindistan çempionu və son ölkə çempionatının qalibidir.

Избранный
2
8
msport.az

10Источники