RU

Çinli alimlər Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Çinin Honkonq Kore Akademiyasının nümayəndələri Fizika İnstitutunda qonaq olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olub.

Görüşdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Reymond Vu, akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.

Tərəflər təmsil etdikləri qurumların fəaliyyəti, beynəlxalq əlaqələri, aparılan tədqiqatlar, əldə olunan nəticələr haqqında qarşılıqlı məlumat veriblər. İnstitutun baş direktoru akademik Arif Həşimov elmi müəssisədə görülən fundamental işlərdən, həmçinin laboratoriyalarda aparılan tədqiqat işlərindən bəhs edib. O bildirib ki, Fizika İnstitutu dünyanın bir sıra aparıcı elmi müəssisələri ilə əməkdaşlıq edir, əldə olunan elmi nəticələr yüksək təsir əmsallı jurnallarda dərc olunur.

Görüş çərçivəsində Fizika İnstitutunun əməkdaşı, hazırda Çin Elektron Elm və Texnologiya Universitetinin Fizika Məktəbinin doktorantı Ülkər Səmədova ilə videobağlantı yaradılıb. O, burada apardığı tədqiqat istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib.

Daha sonra çinli qonaqlar laboratoriyalar ilə tanış olublar, institutun alimləri quraşdırılan cihazlar, aparılan tədqiqatlar, elmi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat veriblər.

Избранный
21
azertag.az

1Источники