"Aston Villa”nın forvardı Con Duran "Real"a keçəsi olmayıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubunun transfer etmək istədiyi 20 yaşlı hücumçu İngiltərə klubu ilə müqavilə müddətini artırıb.
Kolumbiyalı 2030-cu il iyunun 30-na qədər Birmingem klubunda qalacaq.
"Aston Villa"nın futbolçusu bütün turnirlər daxil olmaqla 10 görüşdə 6 qol vurmağı bacarıb.
Duran "Envihado", "Çikaqo Fayrd"da oynadıqdan sonra 2023-cü ildə "Aston Villa"ya keçib.
saytlarin hazirlanmasi