Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də MDB sammiti ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.
Bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.
"Prezident ikitərəfli görüş keçirəcək - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla", - o, brifinqdə deyib.
"Liderlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edəcəklər", - o deyib.
O, Cənubi Qafqazda vəziyyətin nizamlanmasının Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının prinsiplərinə əsaslandığını vurğulayıb.