RU

"Bakı və İrəvan Avropa İttifaqından narazıdır" - Prezidentin köməkçisi

Bakı və İrəvan Avropa İttifaqının (Aİ) Ermənistandakı münaqişənin həlli üzrə missiyasının fəaliyyətindən narazıdır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu usiya prezidentinin köməkçisi Yuri Uşakov Brüssel diplomatlarının işini şərh edərkən deyib.

“Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır. Təəssüf ki, demək istəyirəm ki, bu missiya getdikcə artır”, - Uşakov qeyd edib.

Rusiya liderinin köməkçisi qeyd edib ki, Avropa İttifaqının münaqişənin həllində iştirak etmək cəhdləri danışıqlar prosesində iştirak edən tərəflərin narazılığına səbəb olur.

O əlavə edib ki, Ermənistandakı Brüssel diplomatlarının sayı 138-dən 210-a çatıb və onun sözlərinə görə, missiyanın sayının 600 nəfərə çatdırılması planlaşdırılır.


Müəllif: Arzu
Избранный
62
teleqraf.com

1Источники