RU

ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir

ABŞ sahillərində "Milton" qasırğası güclənir və Florida ştatına yaxınlaşır.

Bu barədə hakimiyyet.az "AP" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Milton" Florida ştatının Tampa şəhərindən 1 239 km cənub-qərbdədir və küləyin sürəti 144 km/saata çatır. Qasırğanın sürətlə şərq sahilinə doğru irəlilədiyi deyilir.

Meteoroloqların proqnozlarına görə, oktyabrın 9-da ştata 12-25 sm, bəzi ərazilərdə isə 38 sm-ə qədər yağış yağa bilər. Həmin gün qasırğanın Floridanın qərbinə çatacağı gözlənilir. Meteoroloqların fikrincə, həmin vaxt o, beş ballıq şkala üzrə üçüncü kateqoriyaya (178-208 km/saat) çatacaq.

Ştatda əhalinin təxliyəsinə hazırlıq gedir ki, bu, "İrma" qasırğasının 7 milyon insanı evlərini tərk etdiyi 2017-ci ildən bəri Floridada ən böyük təxliyə ola bilər.

Florida qubernatoru Ron Desantis ştatın 67 əyalətindən 51-də fövqəladə vəziyyət elan edib. O, sakinlərə elektrik enerjisinin verilməsində mümkün fasilələr barədə xəbərdarlıq edib və həmçinin özlərini bir həftəlik su və qida ilə təmin etməyə çağırıb.

Qasırğa yaxınlaşdıqca məktəblərdə oktyabrın 7-dən 9-dək dərslər ləğv edilib.

Xatırladaq ki, sentyabrın 19-da dördüncü kateqoriyalı qasırğa olan dən sonra ştatda hələ də bərpa işləri davam etdirilir. Həmin vaxt "Helen"in aktiv olduğu bölgədə küləyin sürəti 225 km/saata çatıb. Təbii fəlakət azı 230 nəfərin həyatına son qoyub.

Избранный
108
1
hakimiyyet.az

10Источники