İsrail təkcə indi deyil, hələ doğulmamış gələcək nəsillər üçün də qalib gələcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsrail baş naziri Benyamin Netanyahu 7 oktyabr qırğınının ildönümü ilə bağlı Anım Mərasiminə video-müraciətində deyib.
O, həmçinin bildirib ki, nə girovlardan, nə əsgərlərdən, nə mülki vətəndaşlardan, nə də sakinlərin şimal və cənubda öz evlərinə qayıtmasından əl çəkəcəklər.