RU

Rəqibinə "Ceki Çan" deyən futbolçu cəzalandırıldı

A seriyasına yüksələn Komo bu yay Premyer Liqa təmsilçisi "Vulverhempton"la yoldaşlıq oyunu keçirib.

"Operativ Media" xəbər verir ki, qarşılaşmada "Komo"nun oyunçusu Marko Kurto komanda yoldaşına bir epizoddan sonra "Vulverhempton"un cənubi koreyalı hücumçusu Hvanq Hee-çan haqqında "Ona fikir vermə, o, Ceki Çan olduğunu düşünür" dedikdən sonra işlər gərginləşib. Kurtonun bu sözlərindən sonra “Vuverhempton”un futbolçusu Daniel Podens rəqibini yumruqla vurub və qırmızı vərəqə alıb.

Matçdan sonra “Vulverhempton” Marko Kurtonu irqçiliklə bağlı FİFA-ya şikayət edib. 

FİFA Honq-Konqlu aktyor Ceki Çanın Cənubi Koreyalı futbolçuya səslənməsini irqçilik kimi qiymətləndirib.

Marko Kurtonu 10 oyunluq cəzalandıran FİFA-nın açıqlamasında "Futbolçu Marko Kurto irqçilik etdiyi üçün 10 oyunluq cəzalandırılıb" deyə bəyanatda qeyd edilib.

Kurtonun 10 oyunluq cəzası 2 il müddətinə təxirə salınıb. 

Избранный
26
operativmedia.az

1Источники