RU

ABŞ konqresmenlərinin Azərbaycana qarşı qərəzli münasibəti riyakarlıqdır - Deputat

Bakı. Trend:

ABŞ konqresmenlərinin Azərbaycana qarşı qərəzli münasibətiriyakarlıqdır.

Trend xəbər verir ki, bunuMilli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu ün keçiriləniclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, ABŞ konqresmenlərinin Azərbaycana qarşışər-böhtan xarakterli çıxışları qəbuledilməzdir.

“Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətmüstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, insan hüquqvə azadlıqlarının təmin edilməsinə yönəlib. Azərbaycan öz gücü ilə,qəhrəman əsgər və zabitlərin gücü ilə torpaqların azad edərəkseparatizmin kökünü kəsdi, bölgədə sülhü təmin etdi.

Müstəqil, suveren Azərbaycan dövləti özü ədaləti bərpa etdi. Onagörə də Azərbaycan xalqı bu siyasəti dəstəkləyir və dəstəkləyəcək.Heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir edə bilməz”, -deyə deputat qeyd edib.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники