RU

Çox istehsal edirik, az içirik: Sərinləşdirici içkilər bazarında "sərinlik"dir

Prezident İlham Əliyevin Cəbrayıl şəhərində təməlini qoyduğu alkoqolsuz içki məhsulları istehsalı kompleksi regionda bu sahədə fəaliyyət göstərən ən böyük müəssisələrdən biri olacaq.

Müəssisədə qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcək.

Kompleksin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək.

Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.

Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək.

Ən əhəmiyyətli məqamlardan biri də odur ki, bu müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.

Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.

Foto: İlham Əliyev Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub

Ümumiyyətlə Azərbaycanda alkoqolsuz içkilər istehsalı sahəsində vəziyyət necədir?

Susuzluğu yatıran və insan orqanizminə faydalı içkilər

İnsan оrqanizminin fiziоlоji funksiyasının nоrmallığını təmin etmək üçün gün ərzində оrta hesabla bədən kütləsinin hər kiloqramına 40 q su qəbul edilməlidir. Başqa sözlə orta çəkili insan (70-75 kq) insan gün ərzində 2800-3000 ml maye qəbul etməlidir.

Gündəlik su nоrmasının 1200-1300 ml-ni insan çay, qəhvə və digər spirtsiz içkilərin hesabına ödəyir. Bir qrup insanlar  yalnız çay içməklə, digərləri meyvə və şirələr qəbul etməklə, başqa bir qismi isə mineral su və digər spirtsiz içkilər içməklə susuzluqlarını yatırır.

İnsanlar hələ qədim zamanlardan susuzluğu tez yatıran, sərinləşdirici və tоnusqaldırıcı spirtsiz içkilər hazırlamağı öyrənmişlər. Uzun illərdən əri müxtəlif xalqlar yaşadıqları ölkənin təbii iqlim şəraitinə və xammal bazasına uyğun оlaraq cürbəcür içkilər hazırlamışlar. Müasir dövrdə içkilərin çeşidi artmış, tərkibi zənginləşmiş və  daha çоx sənaye üsulu ilə hazırlanmağa başlanmışdır.

Spirtsiz içkilərə mineral sular, qazlaşdırılmış sular, meyvə-giləmeyvə şirələri və ekstraktları aiddir.

Spirtsiz içkilərin ilin isti vaxtlarında susuzluğun yatırılmasında və оrqanizmdə su balansının tənzimlənməsində böyük fiziоlоji əhəmiyyəti vardır. Spirtsiz içkilərin tərkibində şəkər, üzvi turşular, mineral maddələr, vitaminlər, və digər biоlоji fəal maddələr vardır.

Çox istehsal etsək də, az içirik 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda içki istehsalı üzrə 182 müəssisə fəaliyyət göstərir.  Son 5 ildə içki istehsalı müəssisələrinin sayı 50 faizədək artıb. İstehsal səviyyəsinə görə müəsssisələrin 98-i mikro, 51-i kiçik, 33-ü  orta və iri müəssisələrdir.

Son 5 ildə Azərbaycanda alkoqolsuz içkilər istehsalında dinamik artım müşahidə olunur. Belə ki, 2019-cu ildə 26,8 milyon, 2020-ci ildə 28,6 milyon dekalitr içki istehsal edilmişdisə. 2021-ci ildə istehsal səviyyəsi 35 faiz artaraq 38,5 milyon dekalitrə çatıb.

2022-ci ildə bu göstərici 41,4 milyon dekalitrə, 2023-cü ildə isə 48,2 milyon dekalitrə yüksəlib.

Beləliklə, son 5 ildə Azərbaycanda alkoqolsuz içkilər istehsalı 80 faizədək artıb.  

Dünyada alkoqolsuz içkilərin istehlakının ən yüksək səviyyəsi Almaniyadadır.  Bu ölkədə adambaşına ildə 200 litrə yaxın spirtsiz içki istehlak edilir. Böyük Britaniyada bu göstərici 189, ABŞ-da 164 litrdir. 

Azərbaycanda isə adambaşına ildə  80 litr alkoqolsuz içki istehlak edilir.

Alkoqolsuz içkilərin çoxu paytaxtda buraxılır

Azərbaycanda spirtsiz içkilərin 92 faizi və ya 44,2 milyon dekalitri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin payına düşür.

İkinci yerdə Abşeron rayonu gəlir. Abşeron rayonunda ötən il təxminən 2 milyon dekalitr içki istehsal edilib.

Naxçıvan Muxtar Respublikası istehsal səviyyəsinə görə ilk üçlüyü qapayır. Muxtar Respublikada istehsalın həcmi 1 milyon dekalitrə çatmaq üzrədir.

Sonrakı yerlərdə Gədəbəy və Qəbələ rayonlarıdır ki, bu rayonlarda alkoqolsuz içkilər istehsalı yarım milyon dekalitr ətrafındadır.

10 il əvvələdək ildə 100 min dekalitr spirtsiz içki istehsal edilən Göygöl rayonunda bu sahə ilbəil tənəzzülə uğrayıb , hətta ötən il istehsal qeydə alınmayıb.

Azərbaycanda 30-dan çox çeşiddə alkoqolsuz içki istehsal edildiyi bildirilir. İçkilər 0,33 və 0,5 litr tutumlu şüşə və 0,5; 1,0; 1,5; 2,25 litr tutumlu PET butulkalarda buraxılır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il xaricdən Azərbaycana 6 milyon dekalitrdən çox alkoqolsuz içki gətirilib. Bu  məhsullar ən çox Gürcüstan, Rusiya və Türkiyədən idxal olunur. Eyni nzamanda Avstriya, Macarıstan, İran və Vyetnamdan da Azərbaycana sular gətirilir.

Əvəzində Azərbaycandan xarici ölkələrə 16 min tondan çox meyvə şirəsi ixrac olunub.

Məhsullarımız ən çox Rusiyaya ixrac olunur -11 min ton. Bundan başqa Azərbaycan meyvə çirələri Belarus, ABŞ, Gürcüstan, Ukrayna, Malayziya, Almaniya, Finlandiya, və s. ölkələrə ixrac olunur.

Meyvə şirələri ixracı üzrə göstəricilər bəzi illər istisna olmaqla dinamik olaraq artmaqdadır.

Saxta məhsullar haqsız rəqabətə yol açır

Ölkəmizdə alkoqolsuz içkilər istehsalı və ixracı sahəsində müsbət meyllər müşahidə edilsə də bu sahədə problemlər də mövcuddur.

Bələ ki,  Azərbaycanda yeni  texnologiya ilə işləməyə meyilli müəssisələr çox azdır. Bəzi işbazlar texnologiyadan kənar işləməyə üstünlük verir. Səbəb isə az xərclə çox pul qazanmaqdır. Hazırda ölkənin sərinləşdirici içkilər bazarında satılan bəzi spirtsiz içkilər standartlara uyğun müəssisələrdə deyil, gizli sexlərdə, zirzəmilərdə, anti-sanitar şəraitdə hazırlanır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında alkoqolsuz içkilər bazarında daim problem yaşandığını bildirib. “Düzdür ildən-ilə bu sahədə vəziyyət dəyişsə də xaos qalmaqdadır. Vaxtilə məşhur markalı suların saxta variantları  var idi. Azərbaycan hökuməti biznes qurumları üçün əlverişli şərait  yaradıb Bundan bəzi biznes qurumları sui istifadə edir və cürbəcür, ən müxtəlif alkoqolsuz içkilər istehsal olunur. Ən böyük problem mənzillərə bidonlarda daşınan sulardır. Heç kəs bilmir ki, həmin suların mənşəyi nədir”.

Təşkilat sədri bildirir ki, sərinləşdirici içki bazarında olan problemlərin ən əsası saxtakarlıqdır. “Almalı”, “armudlu”, “çiyələkli” limonadların 60 faizi süni rənglər və dadvericilərdən hazırlanır. Bu limonadların hazırlanmasında heç bir təbii meyvələrdən istifadə olunmur". 

Eyyub Hüseynov deyir ki, bəzən istehsal olunan sərinləşdirici içkilərin müddətini artırmaq halları da baş verir: "Məhsulların kustar üsulla istehsalı onların maya dəyərinin aşağı salır və belə məhsullara bazarda nisbətən ucuz qiymətə satılır".

Избранный
3
2
valyuta.az

3Источники