RU

Ueyn Runi: “Erik ten Haq fantastik məşqçidir”

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haq haqqında fikrini bildirib.

Arena.az “Goal” dərgisinə istinadən, ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən əminəm ki, Erik ten Haq fantastik məşqçidir. O, işlədiyi yerlərdə, o cümlədən “Mançester Yunayted”də də qənimətlər qazanıb. Bəli, Ten Haq hazırda çətin bir vəziyyətdən keçir. Fikrimcə, o, yəqin ki, eyni xüsusu özü də dilə gətirərdi. Amma mən istəyirəm ki, o, hər şeyi dəyişə bilsin, çünki çox vaxt məşqçilər işlərini itirirlər, sonra isə klub başqa məşqçinin rəhbərliyi altında yenidən qurulmalıdır”, deyə Ueyn Runi vurğulayıb.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

7 turdan 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.

Избранный
22
4
arena.az

5Источники