RU

TikTok-da azərbaycanlılar payıza necə hazırlaşır?

Azərbaycan xalqının baharın gəlişinə bir ay öncədən hazırlaşması dillərdə dastan olduğu kimi, payızın gəlişinə də hazırlığı xüsusi bir aləmdir! Xanımlar evlərini və həyətlərini yayın tozundan təmizləyir, xalçalarını yuyur, qış üçün dadlı tədarük hazırlayır, qalın paltarları ortaya çıxarır – yayın son ayından başlayan bu hazırlıq prosesi payızın ilk ayında tamamlanır.
 

Milli adət-ənənələrimizin təbliğinə yalnız kitablar, televiziya və radio verilişləri deyil, eyni zamanda günümüzün əsas məlumat və maarifləndirmə mənbəyi olan sosial şəbəkələr də qoşulub. Bu platformalar güclü bir tribuna rolunu oynayır!

Qısa videolar üzrə dünyanın aparıcı platforması olan TikTok milli adət-ənənələrimizin yaşadılması və yeni nəsillərə ötürülməsi baxımından əhəmiyyətli bir vasitəyə çevrilib, ənənəvi mərasimlərimizdən tutmuş, folklor nümunələrinə, mətbəx reseptlərimizə və bayram adətlərimizə qədər hər sahədə zəngin mədəniyyətimizi geniş auditoriyaya çatdırır. Beləliklə, TikTok həm əyləncəli, həm də maarifləndirici bir vasitə olaraq, milli dəyərlərimizin qorunması və tanıdılmasında mühüm rol oynayır.

Bu dəfə sizi payız hazırlığı çərçivəsində adətlərimizi yaşadan daha 5 TikTok hesabı ilə tanış edəcəyik.


@vasifusta_
 

Qış tədarükü deyəndə ağla gələn ilk məqam mürəbbə və cemlərin bişirilməsidir. Soyuq havada qaynar çayın yanında dadılan ləzzətli mürəbbə, yay günlərinin xatirəsini dadı ilə insana geri gətirərək pozitiv bir əhval bəxş edir. Vasif ustanın hazırladığı kəhrəba kimi sapsarı əncir mürəbbəsi də qışda çayın yanında, həmçinin səhər yeməklərində sevə-sevə təqdim edilir. Yaradıcı 10 ildir zövqlə hazırladığı və müştərilərinin çox bəyəndiyi dadlı acika reseptini də qış tədarükü kimi izləyiciləri ilə bölüşüb. Onun qışa hazırlıq videolarından biri xırçıltılı kələm turşusu reseptidir ki, nənəsinin turşu ilə bağlı sirlərini bölüşdüyü məzmun 707.1K baxış toplayıb.


@yorgan__siriqları

Əvvəllər yorğan-döşəyin təmizlənməsi, çırpılması, sırınması və s. işlər xanımların qoçaqlığının və bacarığının göstəricisi sayılırdı. Ailənin xanımları və yaxın qohumları bir araya gələrək, bu işləri bayram ab-havası ilə həyata keçirərdilər. Lakin müasir dövrün tələbləri, vaxt qıtlığı və s. səbəblərdən bu cür işləri görən xanımların sayı azalıb və bunlar əsasən müxtəlif şirkətlərə həvalə edilir.  Yorğan sırıqları ilə bağlı bu videoda ən çətin və incə sırıqlardan olan paxlava sırıq əks etdirilib və 40 minə yaxın baxışa səbəb olub. Döşəyin hazırlanmasının addım-addım göstərildiyi bu video isə hesabın rekord izləyici baxışına səbəb olan məzmunudur – 688K.

@toxucu_xanim_


Sərin payız və soyuq qış ayları üçün toxunma isti geyimlər əvəzolunmazdır. Əsasən uşaqlar üçün toxunma geyimlər və aksesuarların hazırlanması ilə məşğul olan bu yaradıcı, bir-birindən maraqlı məzmunları ilə seçilir: həm toxuma prosesini nümayiş etdirir, həm də sifarişlərini təqdim edir. Körpə üçün toxunulmuş bu sarı jaket izləyicilər tərəfindən 2,7K dəfə izlənərək onların məmnuniyyətinə səbəb olub. Soyuq günlər üçün övladlarına və ya özünə isti geyim istəyənlərə bu yaradıcının hesabı maraqlı bir seçim ola bilər.


@rhlfoodsbaku

Payız hazırlıqları arasında əsas yeri soyuq qış günləri üçün turşu, acika, leço və s. kimi təamların tədarükü tutur. 605K baxış sayı ilə qırmızı bibər salatı qış günləri üçün tədarük edilməli ən dadlı təamlardandır. Xanımlara çox maraqlı gələn bu məzmun geniş müzakirəyə səbəb olub. Yaradıcının hesabında ləziz pomidor turşusu, badımdan ikrası, gavalı turşusu kimi reseptlər də yer alıb.
 

@temizlik_blog

Ev təmizliyi mövzusunda hesabı ilə tanınan Sarxana, xanımlara faydalı məlumatlar verir, istifadə etdiyi vasitələrdən bəhs edir və bir sözlə, evdar xanımlar üçün olduqca faydalı bir mənbə rolunu oynayır.
215K baxış sayı toplamış bu video təmizlik maraqlı və faydalı tövsiyələrdən ibarətdir. Həmçinin bloqu vasitəsi ilə xanımlara faydalı məhsul məlumatlarını da bildirir. 1,6 M baxış sayı olan digər bir videoda yaradıcı, xanımları ev təmizliyi ilə yanaşı, baxımlı olmağa və gözəl görünməyə səsləyir. Fikirləri o qədər maraqlıdır ki, video hesabın ən çox baxılan məzmunlarından birinə çevrilib.

Bir sözlə, payız ab-havasını evlərinizə daşımaq və bu hazırlıq prosesini daha əyləncəli, zövqlü və təcrübə dolu bir şəkildə yaşamaq üçün TikTok platformasının yaradıcılarının maraqlı məzmunlarından faydalanmağa tələsin!

 

 

Избранный
79
modern.az

1Источники