“WhatsApp” tezliklə “iOS” üçün yeni fərdiləşdirmə funksiyasını təqdim edəcək.

İndex.az xəbər verir ki, bu funksiya ilə istifadəçilərə çoxlu söhbət rəngləri və divar kağızı seçimləri arasından seçim etməyə imkan verəcək söhbət mövzusu gələcək.

“WhatsApp” “iPhone” istifadəçilərinə bir çox məşhur pastel rənglər də daxil olmaqla 20 söhbət rəngi variantı bununla yanaşı unikal dizayn və naxışlı 22 divar kağızı təklif edəcək.

İstifadəçilər şəxsi, iş və qrup çatlarını daha asan ayırd etmək üçün bütün söhbətlərə tətbiq olunacaq defolt söhbət mövzusu və ya xüsusi söhbətlər üçün müxtəlif mövzular seçə biləcəklər.