RU

"COP29-la Azərbaycan yüksək səviyyədə inkişafa nail olacaq"-DEPUTAT

"COP29-la Azərbaycan yüksək səviyyədə inkişafa nail olacaq"-DEPUTAT"COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq münasibətlər sistemində ölkənin artan nüfuzunun bariz təsdiqidir.
Azərbaycanın gündəliyində duran əsas məsələ yaşıl enerji məsələsi və bərpa olunan enerji konsepsiyasının tətbiqi ilə əlaqədar irəli gələn öhdəliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Yaşıl enerji sisteminin daha çox işğaldan azad olunmuş ərazilərə yönləndirilməsi gözlənilir. Yaşıl zonanın qurulması, oranın təbii resurslarının, bərpa olan enerjiyə yöndərilməsi gündəlikdə duran əsas məsələlər sırasındadır.
COP29-da əsasən günəş, külək və su kimi bərpa olunan enrjilərin mənbələrinin qorunması və yeni texnologiyaların tətbiqi ilə onlardan səmərəli istifadə edilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Bu artıq iqtisadiyyatın böyük bir seqmentini enerji ilə təmin etməsinə xidmət edən bir məsələdir.
Əgər bu günə qədər ənənəvi enerji mənbələri neft və qaz idisə, bundan sonra onlara paralel olaraq alternativ enerji mənbələrindən şaxələnmiş şəkildə istifadə ediləcəkdir.
Biz COP29-la dünyaya nümayiş etdirdik ki, Azərbaycan alternativ enerji mənbələrinin geniş şəkildə inkişaf etdirilməsində maraqlıdır. Bu gün su elektrik stansiyalarının qurulması, külək elektrik stansiyalarlının inşa etdirilməsi, Xəzər dənizində və digər ərazilərdə tamamilə yeni bir texnologiyanın tətbiq olunması, buna paralel olaraq kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin bir-birinə inteqrasiya olunmuş şəkildə yüksəlməsinə gətirib çıxaracaqdır.
Bu artıq Azərbaycan dövlətinin prioritet məsələlərindən biridir. Siz bilirsiniz ki, Azərbaycanın beş milli prioritet məsələsi var. Bu məslələlərdən biri də məhz ətraf mühitin mühafizəsi, yaşıl enerji və digər texnologiyalı konsepsiyaların reallaşdırılmasıdır.
COP29 iqlim konfransı faktiki bir dialoq platformasıdır. Bu dialoq platforması həm də müxtəlif nailiyyətlərin, bilik və bacarıqların mübadiləsi üçün istifadə olunan platformadır. Azərbaycanın yaxın bir neçə 10 illikdə hesablanmış perespektivlərinin müəyyən olunması və həyata keçirilməsi baxımından da önəmlidir.
COP29- la Azərbaycan bu sahələrin yüksək səviyyədə inkişafına nail olacaqdır."

Nuray Nəzərova

Избранный
24
sonxeber.az

1Источники