RU

Türkiyənin səhiyyə naziri: Birlikdə hərəkət etdikcə daha güclü olacağıq

Türkiyənin

Şuşa, 8 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC

Qəhrəmanlıq dastanı yazılan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşan Şuşadayıq. Burada səhiyyə sahəsində iş birliyimizi inkişaf etdirməyə çalışırıq. Türkiyə və qardaş ölkələr bu istiqamətdə birlikdə çalışacağıq. İnşallah çox yaxşı nəticələr əldə edəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında iştirak edən Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu jurnalistlərə açıqlamasında deyib.

Son illərdə səhiyyə sahəsində Türkiyədə böyük inkişafa nail olunduğunu söyləyən nazir bu təcrübəni qardaş ölkələrlə paylaşacaqlarını bildirib: “Birliyimiz bundan sonra da davam edəcək. Bir olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaqdır. Buna görə liderlərimizə bu şəraiti yaradığı üçün təşəkkür edirik. Biz də səhiyyə sahəsində əldə etdiyimiz yenilikləri bir-birimizlə paylaşacağıq. Birlikdə hərəkət etdikcə daha güclü olacağıq”.

 

Избранный
43
azertag.az

1Источники