RU

İnyesta futbolçu karyerasını başa vurdu


İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta futbolçu karyerasını başa vurub.
Yeniavaz.com xəbər verir ki, İnyestanın şərhini “Mundo Deportivo” sitat gətirir.
“Bu günün gələcəyini heç düşünməmişdim, heç təsəvvürümə də gətirməmişdim. Bu günlərdə axıtdığımız bütün bu göz yaşları duyğulardan, qürurdan qaynaqlanır. Bunlar kədər göz yaşları deyil, futbolçu olmaq arzusunda olan və buna böyük zəhmət və fədakarlıqlar nəticəsində nail olan o Fuentealbilla uşağının göz yaşlarıdır”, - İnyesta deyib.
Qeyd edək ki, İnyesta karyerasının böyük hissəsini tələbə olduğu İspaniyanın “Barselona”sında keçirib. O, klubun üzvü kimi 9 dəfə İspaniya çempionu olub, 6 dəfə kuboku, 7 dəfə ölkə Superkubokunu qazanıb. Yarımmüdafiəçi dörd dəfə Çempionlar Liqasının qalibi, üç dəfə UEFA Superkubokunun, üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Daha sonra o, Yaponiyanın “Vissel Kobe” klubuna keçib və İnyestanın son klubu BƏƏ-dən “Emirates” olub.
İspaniya millisinin heyətində yarımmüdafiəçi dünya çempionu olub və iki dəfə Avropa çempionatının qalibi olub, Konfederasiyalar Kubokunda gümüş medal qazanıb.
Избранный
14
yeniavaz.com

1Источники