Vladimir Zelenski oktyabrın 9-da Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Cənub-Şərqi Avropa ölkələri və Ukrayna sammitində iştirak edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sammitə regionun 12 ölkəsinin nümayəndələrinin, o cümlədən üç prezident, beş baş nazir və dörd Daxili İşlər Nazirliyinin rəhbərinin qatılacağı gözlənilir. Eyni adlı oxşar görüşlər əvvəllər Yunanıstan və Albaniyada da keçirilib.
Agentliyin məlumatına görə, Serbiya prezidenti Aleksandr Vuçiç Xorvatiyada keçiriləcək forumda iştirakla bağlı hələ qərar vermədiyini bildirib: orada sanksiyalara çağırışla daha bir anti-Rusiya bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.
Oktyabrın 8-də Zelenskinin ofisi Ukrayna böhranının həlli üçün ikinci “sülh sammiti”nin noyabrda keçirilməyəcəyini bildirdi.
91 nümayəndə heyətinin iştirakı ilə ilk “sülh sammiti” iyun ayında İsveçrədə keçirilib.
Bundan əvvəl Ukrayna İsveçrəni Braziliya və Çinin sülh planını dəstəklədiyinə görə tənqid edib.
Nigar