RU

Ronaldinyo İnyestadan yazıb

Əfsanəvi Ronaldinyo “Barselona”da həmkarı olmuş Andres İnyestanın karyerasını bitirdiyini rəsmən açıqlamasına sosial şəbəkə hesabında reaksiya verib.

İdman.biz xəbər verir ki, 44 yaşlı braziliyalı öz səhifəsində komanda yoldaşı barədə ürək sözlərini yazıb.

“Andres İnyesta, karyeranı qeyd etmək günüdür. Meydandakı bacarığın və zərif üslubun üçün darıxacağıq. Səninlə oynamaq çox xoş idi! Tezliklə görüşərik, qardaş”, deyə Ronaldinyo vurğulayıb.

Qeyd edək ki, Ronaldinyo İnyesta ilə “Barselona”da 2003-2008-ci illərdə çıxış ediblər.

İdman.biz

Избранный
18
idman.biz

1Источники