RU

İlk dəfə açıqladı: Kimə görə Fransa millisini yox, İspaniyanı seçib?

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport 2021-ci ildə niyə Fransa millisi əvəzinə İspaniya millisində oynamaq qərarına gəldiyini açıqlayıb.

Publika.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilk dəfə bu barədə “Football Espana” nəşrinə danışıb:

“Deşamla münasibətim yaxşı deyildi. Daha çox gözləyə bilməzdim. İllər keçdi, amma məşqçi ilə münasibət eyni idi. Beynəlxalq səviyyədə oynamaq istəyirdimsə, bu qərarı verməli idim”.

Laporte Fransada anadan olub, lakin ispan kökləri var. "Mançester Siti"yə keçməmişdən əvvəl Emerik "Atletik Bilbao"da oynayıb. O, Fransanın gənclərdən ibarət millisində çıxış edib.

Избранный
7
publika.az

1Источники