RU

AZSTANDART tərəfindən “Halal” sertifikatının təqdim edilməsinə başlanılır

Bakı. Trend:

“Halal” sertifikatı istehlakçılarda halal məhsul və xidmətlərləbağlı etimad formalaşdıracaq.

Trend xəbərverir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan AzərbaycanStandartlaşdırma İnstitutunun “AZSTANDART Halal” SertifikatlaşdırmaOrqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK)tərəfindən akkreditasiya olunub. Beləliklə, AZSTANDART beynəlxalqakkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdimetmək hüququnu əldə edib.

“Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunanməhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydalarıntətbiqi və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halalməhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həminməhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halalməhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

Qeyd: 2022-ci ildən etibarən Azərbaycan Respublikasının İslamÖlkələrinin Standartlaşdırma və Metrologiya təşkilatında (SMIIC)üzvlüyü təmin edilib. AZSTANDART tərəfindən SMIIC-in 17standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyatakeçirilir. Bugünədək AZSTANDART tərəfindən halal məhsullar vəxidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlətstandartı qəbul edilib, 23 əməkdaş SMIIC, Halal AkkreditasiyaQurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və digər nüfuzluqurumların təşkil etdiyi təlimlərdə iştirak edərək halalsertifikatlaşdırma və ISO 22000:2018 "Qida təhlükəsizliyi idarəetməsistemi" beynəlxalq standartı üzrə beynəlxalq səviyyədə tanınan başauditor sertifikatlarını əldə ediblər.

Məqalədə:
Избранный
17
32
az.trend.az

10Источники