RU

Rəcəb Tayyib Ərdoğan və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın Ümummilli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon əlaqəsi saxlayıb.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Türkmənistan arasında əməkdaşlığın inkişaf etməkdə olduğunu vurğulayıb və hər sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildirib

Prezident R.T.Ərdoğan həmçinin  Türkmənistanın Müstəqillik Günü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib.



Избранный
7
50
trt.net.tr

10Источники