RU

Nikol boynunu bükdü: Paşinyanın daxilində qorxu, əzginlik və zəiflik var -ŞƏRH

Ötən gün Moskvada keçirilən MDB Dövlət Başçıları Sammindən Ermənistan Baş naziri Nikol Paşinyanın yayılan fotoları erməni mediasında isterika ilə qarşılanıb. Erməni mediası Paşinyanın Azərbaycan bayrağı önündə baş əyməsi, eyni zamanda Azərbaycan lideri İlham Əliyevin qarşısında başını əyərək, pencəyini “düzəltməsi” təəssüratı yaradan fotoların erməni baş naziri aşağılamaq üçün yayıldığını iddia edirlər. Bildirilib ki, bu fotoları Rusiya prezidentinin fotoqraflarından olan Kristina Kormilitsina çəkib və yayıb. Onun bu fotoları yaymaqda məqsədi də Paşinyanı miskin göstərməkdir. Qeyd edək ki, 1984-cü il təvəllüdlü Kristina Kolminitsina Rusiya Dövlət Sosial Universitetində jurnalist, sonra isə Moskva Dövlət Universitetində fotojurnalist ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Rusiyanın ən yaxşı fotoqrafı seçilib. O, həmçinin Qarabağ münaqişəsi haqda çəkdiyi filmlə tanınır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın həmişə boynu bükük düşür:

“Çünki Paşinyanın daxilində qorxu, əzginlik və zəiflik var. Həmçinin Nikol Paşinyan yaxşı başa düşür ki, Azərbaycan əleyhinə apardığı kampaniyaların nəticəsi  bu gün Ermənistanı regionda rəzil hala salıb. Eyni zamanda Nikol Paşinyan dərk edir ki, qalib ölkənin Prezidenti İlham Əliyevin iştirak etdiyi bütün tədbirlər hər zaman başı aşağı olmağa məhkumdur. Nikol Paşinyanın Azərbaycan bayrağı qarşısında miskin durumda görünməyi psixoloji olaraq da özündə bir simvol ifadə edir. Bu Ermənistan siyasi hakimiyyətinin və rəhbərliyinin nə qədər bərbad vəziyyətdə olduğunu göstərir. Azərbaycan üçün hansısa şübhəli və düşündürücü məqam yoxdur. Doğrudan da Ermənistan hakimiyyəti aldığı yanlış qərarlara görə bölgədə dalan vəziyyətinə düşüb. Nikol Paşinyanın sözügedən şəkillərdə boynu bükük dayanması Ermənistanın hansı səviyyədə olduğunun bariz nümunəsidir”.
Избранный
6
sherg.az

1Источники