RU

HƏMAS: "Ofer" həbsxanasındakı işgəncə görüntüləri İsrailin uğursuzluğunu silmək cəhdidir

HƏMAS Hərəkatı İsrailin \"Ofer\" həbsxanasında fələstinli məhbuslara qarşı \"hücum və təcavüzün şokedici görüntülərinin\" dərcini \"işğalın uğursuzluğunu silmək üçün uğursuz cəhd\" kimi qiymətləndirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS, ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin həbsxanaya səfəri zamanı çəkilmiş görüntülərin yayımlanmasından sonra yazılı açıqlama verib.

Açıqlamada görüntülərin 7 oktyabr Əl-Əqsa daşqınının ildönümündə gətirildiyi qeyd edilərək, İsrailin \"uğursuzluğunu silməyə çalışdığı” ifadə edilib.

Bəyanatda vurğulanıb ki, ifrat sağçı ekstremist Ben-Qvirin nəzarəti və iştirakı ilə həyata keçirilən \"işgəncə və təqiblər” \"bu işğalçı nasistin əsl simasını ortaya çıxarıb”.

 
Gülay

Избранный
106
50
azxeber.com

10Источники