Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Enerji Agentliyi (BEA) bərpa olunan enerji proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, qlobal bərpa olunan enerji potensialındakı artımın 2030-cu ilə qədər bugünkü əsas iqtisadiyyatların ümumi enerji potensialına bərabər olacağı və bu resursların 2030-cu ilə qədər dünyanın elektrik enerjisinə tələbatının demək olar ki, yarısını ödəyə biləcəyi proqnozlaşdırılır.
Qlobal potensial artımının bu dövrdə Çin, Avropa İttifaqı (Aİ), Hindistan və ABŞ-ın hazırkı ümumi enerji potensialına demək olar ki, bərabər olacağı təxmin edilir.
Bu çərçivədə 2024-2030-cu illərdə bərpa olunan enerjiyə 5500 giqavattdan çox yeni gücün əlavə ediləcəyi gözlənilir. Bu artım 2017-2023-cü illərdəki artımdan təxminən 3 dəfə çoxdur.
Bu artımla 2030-cu ildə qlobal elektrik enerjisi istehsalında təkcə günəş və külək enerjisinin payının 30 faizə yüksələcəyi, eyni zamanda bütün bərpa olunan enerji mənbələrinin dünya elektrik enerjisi istehsalının az qala yarısını qarşılayacağı gözlənilir.