RU

Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Zaqatala “KOB FEST”də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

Fins.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək. 

11-13 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: //smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Zaqatala” qeyd olunmalıdır).

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.

Zemfira Ms
Fins.az

 

Избранный
6
26
fins.az

10Источники