RU

“HALAL” YALANI... – Rəsmi qurum “halal işarəsi yalandır” deyir, amma...

Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki “Halal” işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur.

Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib: “Bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub. Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki “halal” işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verir”.

Bunu deyən Azərbaycanın rəsmi dövlət orqanı tərəfindən yaradılmış publik orqanın başında duran şəxsdir. Yəni, bir növ dövlət özü etiraf edir ki, mağazada “halal” adı ilə satılan məhsullar heç də halal-filan deyil! Bəs, əgər belədirsə, bu məhsullar mağazalara necə yol tapır və onların üzərinə “halal” yazılmasına niyə icazə verilir? Bu qurum kimdən kimə şikayət edir?

Избранный
20
azpolitika.info

1Источники