RU

Qarabağda əbədi olaraq Azərbaycan Bayrağı dalğalanacaq- ÖZƏL

"Prezident İlham Əliyevin Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixli nitqi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldaraq, xalqımızın uzun illər gözlədiyi Böyük Qələbəni bir daha təsdiqlədi. Bu tarixi hadisə 30 ildən çox davam edən Qarabağ probleminə son qoyulmasının və ölkəmizin ərazi bütövlüyünün bərpasının ən parlaq simvoludur". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Xalqımız illərlə bu anı gözləmiş, müstəqilliyimizin gücləndirilməsi və ərazi bütövlüyümüzün bərpası yolunda əzmkarlıqla çalışmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi-iqtisadi və hərbi sahələrdə böyük irəliləyişlərə imza atdı. Güclü iqtisadiyyat və ordu quruculuğu müstəqilliyin əsas dayaqları oldu. Şanlı ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü tam sübut etdi, düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqam isə antiterror tədbirlərinin qaçılmazlığı idi. Azərbaycan hər zaman sülh yolunu seçmiş, lakin Ermənistanın təxribatları və işğalçılıq siyasəti qarşısında ölkəmiz öz suverenliyini təmin etmək üçün hərbi yola baş vurmalı olmuşdur. Nəticədə, Qarabağdakı ərazilərimiz azad edildi və bu torpaqlar üzərində əbədi olaraq Azərbaycan Bayrağı dalğalanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники