RU

"Deşamla münasibətim o qədər də yaxşı deyildi" - Emerik Laportdan etiraf

"Əl-Nəsr"in və İspaniya millisinin mərkəz müdafiəçisi Emerik Laport niyə Fransa yığmasını yox, İspaniyanı seçdiyinin səbəbini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"Çox gözləyə bilməzdim. İllər keçir və eyni məşqçi qərarını dəyişmirdi. Beynəlxalq turnirlərdə oynamaq üçün qərarımı vaxtında verməliydim. 

Fransa millisi ilə münasibətim yaxşıdır. Amma baş məşqçi Didye Deşam barədə eyni sözləri deyə bilmərəm. Onunla münasibətimiz o qədər də yaxşı deyildi. Bir neçə dəfə fikir mübadiləsi etmişik. İndi bu haqda düşünmürəm. Hərə öz yolu ilə gedir".

Qeyd edək ki, bas əsilli Laport Fransada doğulub. Karyerasına Bilbao "Atletik"ində başlayan arxa xətt oyunçusu Fransa seçməsinə dəvət edilsə də, Deşam ona debüt şansı verməyib. 2021-ci ildən İspaniya yığmasında oynayan 30 yaşlı futbolçu "buğalar"ın heyətində son Avropa çempionatının qalibi olub.

Milli
 

Избранный
3
fanat.az

1Источники