RU

Azərbaycan millisi Estoniyaya yollandı - Foto

UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.

Arena.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 10-da Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı “Lilleküla” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya – Azərbaycan görüşünə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, oktyabrın 7-də bir araya gələn millimiz “Neftçi” Futbol Mərkəzi”də məşq keçirdi.

Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq. Komandamız həmin gün Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Bu oyun da eyni vaxtda – saat 20:00-da başlayacaq.

Избранный
6
34
arena.az

10Источники