RU

“Əgər burda qalsanız, hamınız ölə bilərsiniz” – Milton qasırğası Floridanı məhv edir

ABŞ-ın Florida ştatının sakinləri evakuasiya olunur, yollarda uzun tıxaclar, stansiyalarda növbələr var.

Bakupost.az xəbər verir ki, ştat rəhbərliyi 5 milyon insanın çıxarılması barədə göstəriş verib. Hətta dəmiryolda gediş haqqı ləğv edilib, kim necə bacarırsa şəhəri tərk edir.


“Bu qasırğa fəlakətdir, əgər təxliyə zonasında qalsanız, ölə bilərsiz. Siz bütün lazımi tədbirləri görüb, ərazini tərk etməlisiz. İşinə görə qalanlar isə olduqları yerdə bənd qurmalı, pəncərələr, qapılara qum kisələri yığılmalıdır.
Mən qorxutmaq istəmirəm, amma vəziyyət pisdir” – deyə mer Ceyn Kastor bildirib.


Qasırğanın 9 oktyabrdan başlayacağı gözlənilir.

Qadınlar, uşaqlar, qocalar, xəstələr birinci təxliyə olunur.

ABŞ prezidenti Bayden Miltonu 100 ilin ən güclü qasırğası adlandırıb.




Aygün Musayeva
BakuPost
Избранный
22
bakupost.az

1Источники