RU

İnterpoldan kömək çağırışı: 46 qadın qətli...

Beynəlxalq Polis Təşkilatı(İnterpol) illər əvvəl Avropada öldürülən 46 naməlum qadının qətlinin açılması üçün ictimaiyyətdən kömək istəyib.

News24.az xəbər verir ki, İnterpoldan verilən məlumata görə, kimliyi müəyyən edilən qadınlar haqqında məlumatı “İdentify My Operation” internet saytından əldə etmək olar.

İnterpol həmçinin, bu sözləri deyib: “Məni müəyyən et kampaniyasında məqsədimiz çox sadədir. Biz ölən qadınların şəxsiyyətini müəyyənləşdirmək, ailələrə cavab vermək və qurbanların ədalətini təmin etmək istəyirik. Ancaq bunu təkbaşına edə bilmərik. Ona görə də ictimaiyyəti bu səylərə qoşulmağa çağırırıq. Onların köməyi fərq yarada bilər. Ən kiçik məlumat belə bu açılmamış işlərin həllində həyati əhəmiyyət kəsb edəcək. İstər xatirə, istər reportaj, istərsə də paylaşılan bir hekayə olsun, ən kiçik detallar həqiqəti üzə çıxarmağa kömək edə bilər. İctimaiyyət bir adın, tarixin kilidini açmaq və çoxdan gecikmiş ədaləti təmin etmək üçün açar ola bilər."

Məryəm İlhamqızı

Избранный
15
news24.az

1Источники