RU

Lukaşenkonun MDB-dən gözləntiləri böyükdür

Moskvada keçirilən sammit zamanı MDB liderləri arasında  beynəlxalq gündəliyə dair fikir ayrılığı olmayıb. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib: “Sammitdə bizim qlobal xarakterli məsələləri, planetimizdəki qaynar nöqtələri müzakirə etmək imkanımız oldu. Məni sevindirən odur ki, beynəlxalq gündəmlə bağlı heç bir fikir ayrılığına rast gəlinmədi”.

Lukaşenko əlavə edib ki, MDB ölkələrinin liderləri regional xarakterli məsələləri də müzakirə ediblər və yekdil olublar. Belarus prezidenti daha sonra  vurğulayıb ki, MDB-yə daxil olan dövlətlər güclü və zəngindirlər. Bundan sonra səylər göstərilsə, təşkilat güclü və effektiv regional birlik ola bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
22
konkret.az

1Источники