RU

Paşinyanın Moskvadakı hərəkəti Ermənistanın sülhə hazır olduğunu iddia edən bəyanatlarının saxtalığını sübut edir - Politoloq

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Rusiyaya rəsmi səfəredərək, Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirdi. PrezidentƏliyev, həmçinin, Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasınıniclasında da iştirak etdi.

Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev bildirib.

A.Qarayev vurğulayıb ki, bu görüşlər regional təhlükəsizlikləbağlı müzakirələri genişləndirmək baxımından mühüm əhəmiyyət kəsbedir.

"Son illər Azərbaycan-Rusiya münasibətləri əməkdaşlıq vəqarşılıqlı anlayışın inkişafı ilə seçilir. İki ölkə arasındasiyasi, iqtisadi və mədəni sahələrdə bir sıra əməkdaşlıq layihələrihəyata keçirilir. Bu da regional sabitliyin və təhlükəsizliyinqorunmasında vacib amil rolunu oynayır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, MDB HumanitarƏməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzurbölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtıelan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanınişğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki,tamamilə dağıdılmışdı.

Bu gün Laçın artıq bərpa olunub, burada yeni həyat başlayıb,keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyətpaytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycanxalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb".

Politoloq qeyd edib ki, Rusiyada Ermənistan baş naziri NikolPaşinyan və Putinlə üçtərəfli görüş planlaşdırılsa da, bu görüş baştutmadı. Paşinyan görüşdən imtina etdi və nəticədə üçtərəflidanışıqlar pozuldu.

"Paşinyanın Moskvadakı bu hərəkəti Ermənistanın sülhə hazırolduğunu iddia edən bəyanatlarının saxta olduğunu bir daha sübutedir. Bu, ilk dəfə deyil ki, Paşinyan belə bir addım atır. O, dahaəvvəl Londonda da planlaşdırılmış görüşdən imtina etmişdi. Buhərəkətlər göstərir ki, Ermənistanın sülh prosesindən qaçmaqməqsədi daşıyan strategiyası davam edir və Paşinyan sülhdanışıqlarına qatılmaqdan qaçmaqda qərarlıdır".

A.Qarayev əlavə edib ki, bu addım Ermənistan rəhbərliyininregionda sabitlik yaratmaq üçün heç bir səmimi addım atmadığını vəsülh üçün vacib sənədlərə imza atmaqdan imtina etməsi ilə prosesəmane olduğunu ortaya qoyur:

"Məlumdur ki, Moskvada imzalanması planlaşdırılan iki mühümdeklarasiya məhz Ermənistanın bloklaması nəticəsindərəsmiləşdirilmədi.

Paşinyanın sülh danışıqlarından qaçması Ermənistanın öz xalqı vəregionun sabitliyi üçün təhdid yaratmağa davam etdiyinigöstərir.

Nəticə etibarilə, Nikol Paşinyanın bu addımı sülh prosesinəqarşı olan əngəllərin bir hissəsi olaraq qəbul edilməlidir. Bu isəErmənistanın real sülh istəmədiyini və prosesdən qaçmaqla regiondadavamlı gərginliyi saxladığını bir daha sübut edir".

Избранный
22
1
az.trend.az

2Источники