RU

Tramp Harrislə ikinci debatdan imtina etməsini izah edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokrat Partiyasından olan rəqibi Kamala Harrislə təkrar debata getməyəcəyini bildirib...

Poliqon xəbər verir ki, Tramp bu barədə “Truth social” platformasında “Fox News” telekanalının debat keçirmək təklifinə cavab verərkən yazıb.

Tramp imtina səbəbini onunla izah edib ki, debat keçirmək mənasızdır, çünki Harris ABŞ-ın hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini bəyan edib.

“Dünən Kamala Co Baydendən fərqli hərəkət etməyəcəyini açıq şəkildə bildirdi, buna görə də mübahisə etməyə heç bir şey yoxdur”, deyə Tramp yazıb. O, əlavə edib ki, revanş olmayacaq, çünki artıq gecdir, səsvermə artıq başlayıb.

Qeyd edək ki, Donald Tramp və Kamala Harris arasında debatın ilk raundu sentyabrın 10-da baş tutub. CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib gəldiyini bildirib. Eyni zamanda, Tramp deyib ki, bu, onun “indiyə qədərki ən yaxşı debatı”dır. Tezliklə o, debatların Harrisə öz mövqeyini yaxşılaşdırmaq üçün bir şans olacağını iddia edərək, ikinci turdan imtina edib. Kamala Harris ikinci tur keçirməyə hazır olduğunu bildirib.

Amerikanın 47-ci prezidentini seçmək üçün noyabrın 5-də seçki keçiriləcək. New York Times-ın hesablamalarına görə, demokrat Harris rəqibini 2% qabaqlayır.

Poliqon.info

Избранный
24
poliqon.info

1Источники