Busaat.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.“Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk.
Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”, – açıqlamada qeyd olunur