RU

Dünyadan ən çox satılan kitab

Deyirlər, Dünyada ən çox satılan kitab Amerika yazıçısı Jaklin Syuzənin "Gəlinciklər Vadisi" ("Dolina Kukol" 1966) romanı olub, 100 milyon tirajla satılıb. Müəllifinə dünya şöhrəti, milyonlarla pul gətirib, onu faktiki olaraq, milyoner edib. Viktor Hüqonun “Səfillər”, Servantesin “Don Kixot”, Tolstoyun “Hərb və Sülh “ romanları isə 100 dəfə az satılıb...

Deyirəm, kitabın tirajı, yaxşı satılması hələ onun yaxşılığına dəlalət etmir. Jaklin Syuzən Hollivudun uğursuz bir aktrisasıdır, "Gəlinciklər Vadisi" isə Hollivudun adıdır. Müxtəsəri, uğursuz fahişənin uğurlu fahişələr haqqında yazdığı ucuz bir kitabdır. Məndə bu kitab rusca vardı, Moskvada oxuyanda almışdım, bir dəfə zorla oxudum, sonra Bakıda zibilliyə tulladım... Nə müəllifi bir qara qəpiyə dəyməzdi, nə də əsəri...

Viktor Hüqonun “Səfillər”, Servantesin “Don ki Xot”, Tolstoyun “Hərb və Sülh “ kitablarını isə indi də kitabxanamda, başda saxlayıram... Düşünürəm ki, Allah bir gün insanları imtahana çəksəydi, “bütün Yer kürəsini sizə hədiyyə etmişəm, milyon il də vaxt vermişəm, siz nə etmisiz” desəydi, bu kitablardan birini stolun üstünə qoymaq olardı. Allah da razı qalardı...

Qalib ARİF

visiontv.az



Избранный
26
14
visiontv.az

10Источники