RU

Nabil Munir: COP29 iqlim problemləri istiqamətində görülən işlərə nəzər salmağa imkan yaradan platformadır

Bakı, 10 oktyabr, AZƏRTAC

“Artıq bütün dünyada milli töhfələrin yenilənməsi prosesi başlayıb. Biz iqlim problemləri ilə bağlı həlledici işlər görməli olduğumuz vaxta gəlmişik”.

AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən Pre-COP29 tədbirinin açılış mərasimində Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir deyib.

O qeyd edib ki, hazırda iqlim prosesləri ilə bağlı olduqca vacib mərhələdir: “Proritet istiqamətlər daha dərindən araşdırılmalıdır. COP29 iqlim problemləri istiqamətində görülən işlərə və bizim fəaliyyətimizə nəzər salmağa imkan yaradan platformadır. Hər kəsi bu sahədə daha cəsarətli addımlar atmağa çağırıram. Bu tədbir həlledici rol oynamalıdır. İnsanlar dünya tarixində baş verən ən isti ilin, eyni zamanda buzlaqların əriməsinin şahidi oldu. Düşünürəm ki, biz innovativ tərəfdaşlıqlar qurmalıyıq”, - deyə Nabil Munir əlavə edib.

Избранный
19
azertag.az

1Источники