Prezident İlham Əliyev COP öncəsi tədbirinin iştirakçılarına müraciətində bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunub.
Sherg.az-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, bu cəhdlər əbəsdir.
"Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz", - Prezident İlham Əliyev vurğulayıb.