RU

Mais Bərxudarov həbs olunur?

Azərbaycan Ordusunun məşhur generallarından olan II Ordu Korpusunun komandiri general-mayor Mais Bərxudarov tutduğu vəzifədən azad olundu.

Əslində yaşına və bildiyimiz xidmətlərinə görə daha yüksək vəzifələrdə təmsil olunma perspektivi vəd edən cavan generalın qəfil sərəncama göndərilməsi təbii ki, ictimaiyyətdə müəyyən suallar doğurmaya bilməzdi. Təbii olaraq ortaya suallar çıxdı ki, görəsən əsl səbəb nədir? Bərxudarov harada və hansı əməlinə görə Dövlətin radarına düşüb? 

Düzdür, əvvəlcə belə ehtimallar irəli sürüldü ki, Bərxudarov başqa vəzifəyə təyinat alacaq. Lakin həm onun özünün məsələ ilə bağlı mediaya əli hər yerdən üzülmüş kimi açıqlama verməsi, həm də sonradan ortaya çıxan iddialar, yeni təyinat ehtimalını arxa plana atmış oldu. Söhbət Bərxudarovun adının Tərtər hadisələrində hallanmasından və elə həm də bu səbəbdən mövcud mövqeyini itirdiyinə dair iddialardan gedir. 

Hətta hazırda belə məlumatlar da dolaşır ki, Mais Bərxudarov həbsə də atıla bilər. Doğrudur, bu versiyanın gerçəkləşmə ehtimalını yüksək hesab etmirik. Lakin tamamilə istisna da etmək olmaz. Hər halda güman edirik ki, yaxın günlərdə Bərxudarovun gələcək taleyinə aydınlıq gətiriləcək.

Hərbi ekspert Üzeyir Cəfərov da Bərxudarovun sərəncama göndərilməsilə bağlı açıqlamasında qeyd edib ki, general sərəncama götürülüb və birbaşa vəzifə verilməyibsə, deməli, onunla bağlı ən yüksək səviyyədə qərar hələ verilməyib. 

Odur ki, nə olacaq, necə olacaq, hələlik dəqiq söykləmək mümkün deyil. Bütün hallarda doğrusunu Dövlət bilər! 

Elcan Missiya.Az

Избранный
9
missiya.az

1Источники