Xırdalanda diqqətsizlik edən sürücü qaydaları pozub. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, 99-GK-228 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü svetoforun siqnallarına əhəmiyyət vermədən hərəkətinə davam etmək istəyib. Bu zaman qarşıdan sola dönən avtomobilə təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü işıq siqnalı ilə xəbərdarlıq etdikdən sonra dayanaraq yol verib. Lakin videogörüntüdən də aydın şəkildə görünür ki, qaydaları pozan sürücü svetoforu keçdikdən sonra dayanıb.
Qanunvericilikdə qeyd olunub ki, svetoforun qadağanedici işığı yanan zaman sürücü stop xəttində, bu olmadıqda isə svetoforun qarşısında dayanmalıdır. Əks halda sürücü svetoforu keçib dayansa belə, qadağanedici işıqda hərəkət etmiş hesab olunur.
Fərid