RU

"Otogallery" MMC məhkəməyə verildi

“Otogallery” MMC gömrük qaydalarına zidd olan inzibati xəta ilə bağlı məhkəməyə verilib.

Fins.az-ın məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddia irəli sürülüb. Bu maddəyə əsasən, gömrük ərazisinə qısa idxal bəyannaməsinin mallarının elektron formada verilməməsi hallarında vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 1500 manat cərimə edilir.

İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatındadır. Məhkəmə baxış iclası 21 oktyabr 2024-cü il saat 14:45-ə təyin edilib.

Fuad Mədətov
Fins.az

Избранный
44
fins.az

1Источники