RU

Laçının MDB mədəniyyət paytaxtı olması Azərbaycanın uğurlu diplomatik qələbəsidir! ŞƏRH

Prezident İlham Əliyevin Moskvaya səfəri çərçivəsində həm Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü, həm də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etməsi Azərbaycanın çoxşaxəli fəal xarici siyasət yürütməsinin təzahürüdür. Ölkəmizin həm Rusiya Federasiyası ilə, həm də MDB dövlətləri ilə iqtisadi, enerji, logistika, humanitar və s. sahələrdə əməkdaşlıq münasibətləri müsbət məcrada inkişaf edir. Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyev bir daha bildirib ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Hər iki tərəf siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirlər. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Münasibətlər çoxşaxəlidir. Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı gündəliyin Azərbaycanla bağlı humanitar məqamlarına toxundu və ilk növbədə Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə münasibət bildirdi: MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həqiqətən də tarixi qərardır. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəvi-siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistanın revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablaşmalıdırlar. İclasda çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib. Laçın Azərbaycanın otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb deyə İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, növbəti il Azərbaycan III MDB Oyunlarına da ev sahibliyi edəcək. Gəncə şəhəri “MDB-nin idman paytaxtı” olacaq. Yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Prezident həmçinin xatırladıb ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək: “Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əlaqələrin inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində keçirdiyi görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da iki dost, müttəfiq ölkənin münasibətlərinin dünəninə, bugününə və onların əsasında perspektivlərə işıq salındı. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə görüşündə «Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik» söyləyən Vladimir Putin əlaqələrin inkişafında əsas amil olan iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi. Əmtəə dövriyyəsi 4 dəfədən çox artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Избранный
14
sesqazeti.az

1Источники