RU

Azərbaycan törəmə maliyyə alətlərinin tətbiqi ilə fond bazarını inkişaf etdirir

Bakı. Trend:

Azərbaycanın fond bazarının inkişafının növbəti mərhələsi törəməmaliyyə alətlərinin tətbiqi və istifadəsinin genişləndirilməsi iləbağlı olacaq.

Trend xəbər verir ki, bubarədə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri RuslanXəlilov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən"INMerge” İnnovasiya Sammitində deyib.

“Maliyyə biliklərinin artırılması da önəmli vəzifədir. İstiqrazemissiyası ilə bazara çıxan şirkətlər yalnız maliyyə göstəricilərihaqqında ictimaiyyətə məlumat verməli deyil, həm də inkişafplanlarını bölüşməlidirlər ki, bu da investorlar və cəmiyyəttərəfindən daha böyük etimad yaratmağa kömək edir. Qeyd etməklazımdır ki, Azərbaycanda fond bazarının inkişafının növbətimərhələsi törəmə maliyyə alətlərinin tətbiqi və istifadəsiningenişləndirilməsi ilə bağlı olacaq”, - o qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Избранный
19
az.trend.az

1Источники