RU

MDB liderləri BRİKS sammitinə dəvət olunub

MDB

MDB ölkələrinin liderləri BRİKS-in Kazanda keçiriləcək sammitinə dəvət olunub və onlar sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.

Reyting.az
xəbərinə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Prezidentin köməkçisi əlavə edib ki, Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə sədrlik edən dövlətlər də sammitə dəvət olunublar.

Uşakovun sözlərinə görə, Rusiya maraqlı MDB ölkələrinin BRICS-də iştirak üçün müraciətlərə baxılmasını məntiqli hesab edir.

Xatırladaq ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazan şəhərində keçiriləcək. Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Artıq Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Hindistanın baş naziri Narendra Modi, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Çin Xalq Respublikasının sədri Si Cinpin, Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Laos prezidenti və digərləri Tatarıstanın paytaxtına gəlməyə razılıq veriblər.

E. KAMAL
Избранный
17
reyting.az

1Источники