Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirir.
DİN-in Mətbuat Xidmətindən "Sitat.info"ya verilən məlumata görə, oktyabrın 10–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 3 tüfəng və 132 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.